Instagram

Appendiks dərsliklərdə “rudiment” orqan nümunəsi kimi göstərilən ən məşhur orqan…

Written by admin


Appendiks dərsliklərdə “rudiment” orqan nümunəsi kimi göstərilən ən məşhur orqandır. Alman təkamülçü anatomu R.Viderşeym 1895-ci ildə ortaya atdığı “rudiment insan orqanları” siyahısına appendiksi də daxil etmişdi. Appendiks, əsasən, “appendisit” kimi tanınan orqandır. Dilimizdə səhvən “appendisit” kimi tələffüz edilən bu söz, əslində, həmin orqanın iltihablanmasına verilən addır. Appendiksin bizə əcdadlarımızdan qalma orqan olması və artıq funksiyasını itirdiyi iddia edilir. Halbuki elmin inkişaf etməsilə appendiksin, əslində, orqanizmə daxil olan mikroblara qarşı mübarizə aparan limfa sisteminin bir hissəsi olduğu müəyyən edildi. Orqanizmdəki qalxanabənzər vəzi, dalaq, appendiks və sümük iliyi kimi orqanlar limfa sisteminin hissələridir.1 Bunlar orqanizmin infeksiya ilə mübarizə aparmasına kömək edir. Həmçinin təkamülçülər tərəfindən insanın əcdadı hesab edilən bəzi meymunlarda appendiks yoxdur. Rudiment orqanlar tezisinə qarşı çıxan bioloq H.Enok bu məntiqi səhvi belə ifadə edir: “İnsanların appendiksi var. Ancaq daha qədim əcdadları olan ibtidai meymunlarda appendiks yoxdur. Appendiks təəccüblü şəkildə daha ibtidai quruluşa malik məməlilərdə, məsələn, opossumlarda yenidən üzə çıxır. Elə isə təkamül nəzəriyyəsi bunu necə açıqlaya bilər?
———————————————————————————————————————-
#telebe #momin #baku #nakhcivan #müselman #islam #azerbaycan #aze #islamdini #aktivlər #islamisözlər #islamisozler #kuranmeali #kuranmealı #iman #elhemdulillah #elhamdulillah #islam #aztagram #ixlas #ibadət #ibadet #i̇badet #ayet #ayət #namaz #mominlər #müsəlman #dünya #dunya
———————————————————————————————————————-



Source